Braziliyada keçirilən Amerika Kuboku davam edir. Matc.az saytının məlumatına görə, B qrupunda III turun oyunları keçirilib.

Argentina turnirin autsayderi Qətərlə üz-üzə gəlib. Görüş "gümüşlər ölkəsi"nin qələbəsi ilə yekunlaşıb – 2:0. Martinez və Aquero fərqlənib.

Kolumbiya – Paraqvay görüşü isə birincilərin qələbəsi ilə yekunlaşıb – 1:0.

Bu nəticələrdən sonra hər 3 görüşündə qələbə qazanmış Kolumbiya qrup lideri, Argentina isə 4 xalla ikinci olaraq növbəti mərhələyə yüksəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest