Misirin paytaxtı Qahirədə keçirilən Afrika Millətlər Liqası davam edir. Matc.az saytı xəbər verir ki, daha iki qrupda mübarizəyə start verilib.

Belə ki, C qrupunda 2, D qrupunda isə 1 görüş keçirilib. Baş tutan qarşılaşmalarda sensasiya qeydə alınmayıb və favoritlər qalib gəlib.

Qeyd edək ki, Afrika Millətlər Liqasında 24 komanda 6 qrupa bölünüb. İlk iki yeri tutanlar və ən yaxşı göstəriciyə malik 4 qrup üçüncüsü 1/8 final mərhələsinə vəsiqə qazanacaq.

 

Afrika Millətlər Liqası

Qrup mərhələsi, I tur

C qrupu

Seneqal - Tanzaniya - 2:0

Keyta, 28; Diatta, 64

Əlcəzair - Keniya - 2:0

Bunedja, 34 (pen.); Mahrez, 43

 

D qrupu

Mərakeş - Namibiya - 1:0

Keimuine, 89 (avtoqol)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest