10 Fevral 2026, 19:36
FUTBOL
"Liverpul"un misirli sağ cinah oyunçusu Məhəmməd Salah Premyer Liqanın 26-cı turunda "Sanderlend"ə qarşı oyunu buraxa bilər.
Matc.az xəbər verir ki, bu barədə "Transfer News Live" məlumat yayıb.
Bildirilir ki, 33 yaşlı futbolçunun babası vəfat edib. Ölümün təfərrüatları açıqlanmayıb. Salah dəfn mərasimində iştirak etmək üçün 11 fevralda "Liverpul"un matçını buraxa bilər.
Qeyd edək ki, misirli futbolçu üçün mövsüm uğurlu keçmir. Salah 25 oyunda meydana çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. 2025-ci ilin sonundonun klub və baş məşqçi Arne Slotla münasibətlərinin pisləşdiyini bildirilir. Sağ cinah oyunçusunun İngiltərə nəhəngləri ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.











_1770737324.png)
