"Ayaks" "Real"ın yarımmüdafiəçisi Daniel Seballosla maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Bildirilir ki, Niderland klubunun idman direktoru Jordi Kroyff 29 yaşlı futbolçunu yeni layihənin bir hissəsi kimi görür. "Ayaks" Seballosun təcrübəli oyunçulara ehtiyacı olan komandanın profilinə uyğun olduğunu düşünür.

Bu mövsüm Seballos bütün yarışlarda 22 oyunda çıxıb, lakin fərqlənə bilməyib. Yarımmüdafiəçi ümumilikdə 810 dəqiqə oynayıb.

Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 8 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest