İspaniya Kubokunda final qarşılaşması keçirilib.

Matc.az xəbər verir ki, həlledici oyunda "Atletiko" "Real Sosyedad" ilə üz-üzə gəlib.

Görüşün əsas və əlavə vaxtı 2:2 hesabı ilə nəticələndiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Penaltiləri daha dəqiq yerinə yetirən "Real Sosyedad" kubokun sahibi olub. 

Qeyd edək ki, bu, "Real Sosyedad"ın tarixində dördüncü İspaniya Kubokudur.

İspaniya Kuboku
Final
18 aprel (şənbə)

"Atletiko" – "Real Sosyedad" - 2:2 (penaltilər seriyası - 3:4)
Qollar
: Lukman, 18, Alvares, 83 // Barreneçea, 1, Oyarsabal, 45+1(pen)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest