Premyer Liqanın 33-cü turunda "Mançester Yunayted"lə qarşılaşmadan əvvəl 500-dən çox "Çelsi" azarkeşi klub sahiblərinə qarşı etiraz aksiyası keçirib.

Matc.az xəbər verir ki, bu barədə "Yahoo Sports" məlumat yayıb.

Etiraz aksiyası "NotAProjectCFC" azarkeş qrupu tərəfindən təşkil edilib və oyunun startından 75 dəqiqə əvvəl başlayıb. Etirazçılar Todd Boelinin rəhbərlik etdiyi "BlueCo" konsorsiumunun klubu tərk etməsini tələb edərək "Stamford Bridc"ə yürüş ediblər.

Azarkeşlər "Acgöz qancıqlar, klubumuzdan çıxın" və "Biz "BlueCo"nun rədd olmasını istəyirik" kimi şüarlar səsləndirilib.

Azarkeşlərin narazılığı son 6 oyunda 5 məğlubiyyətə uğrayan və PSJ tərəfindən Çempionlar Liqasından 2:8 hesabı ilə kənarlaşdırılan komandanın rəhbərliyi və nəticələrindən qaynaqlanır.

Qeyd edək ki, Premyer Liqanın 33-cü turunda "Çelsi" evdə "Mançester Yunayted"ə 0:1 hesabı ilə uduzub. Matçın yeganə qolunu 43-cü dəqiqədə Kunya vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest