Ölkəmizdə "Neftçi" və "Bakı" klublarının formasını geyinmiş Vadim Borets "Petrokub"dan qovulub. Matc.az saytının Moldova mətbuatına istinadən məlumatına görə, buna səbəb komandanın zəif çıxışı olub.

Belə ki, "Petrokub"un əvəzedici heyətinə başçılıq edən Borets rəhbərliyin qərarı ilə istefaya göndərilib. 42 yaşlı mütəxəssis ötən ilin sentyabrında "Petrokub"un əvəzedici heyətinə baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 14 turdan sonra 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Vadim Borets daha əvvəl Moldovanın aşağı yaş qrupu üzrə yığmaları, həmçinin "Unqen" və "Sfıntul Qeorqe" klublarını çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest