"Barselona" İspaniya Kral Kuboku yarımfinal mərhələsinin "Altetiko" ilə oyununa ciddi itki ilə çıxacaq.

Matc.az xəbər verir ki, Markus Reşford Madriddəki görüşdə komandaya kömək edə bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı vinger La Liqanın 23-cü turunun "Malyorka" ilə matçında (3:0) dizindən zədələnib.

Qarşılaşma 13 fevral tarixində Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, Markus Reşford bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 34 oyunda 10 qol vurub, 13 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest