11 Fevral 2026, 17:14
FUTBOL
"Portu"nun heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Portuqaliya təmsilçisinin hücumçusu Samu Aqehova sıradan çıxıb.
İspaniyalı futbolçunun dizinin ön çarpaz bağı qopub. 21 yaşlı forvard mövsümün qalan hissəsində oynaya bilməyəcək.
İspaniya millisinin üzvü yayda keçiriləcək dünya çempionatında da iştirak etməyəcək.
Qeyd edək ki, Samu Aqehova bu mövsüm "Portu"nun heyətində bütün turnirlərdə keçirdiyi 32 oyunda 20 qol vurub, 1 qol ötürməsi edib.


_1770833208.jpg)


_1770829189.jpg)






