"Tottenhem"in müdafiəçisi Kristian Romero Avropanın böyük klublarının transfer siyahısınaa düşüb.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Real", "Barselona", "Atletiko" və PSJ Argentina millisinin üzvünü transfer etmək istəyir. 27 yaşlı mərkəz müdafiəçisi London təmsilçisindən ayrılmaq niyyətindədir.

İngiltərə klubu 70-80 milyon avroluq təklif gəldə, futbolçusunu satmağa hazırdır.

Qeyd edək ki, Kristian Romero bu mövsüm "Tottenhem"in heyətində keçirdiyi 28 oyunda 6 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest