FIFA referi köməkçisi Namiq Hüseynov UEFA Region Liqasının final oyununa təyinat alıb. Matc.az xəbər verir ki, o, sabah “Burghausen stadionu”nda keçiriləcək “Bavariya” (Almaniya) – “Dolny Şlask” (Polşa) qarşılaşmasında rumıniyalı baş hakim Sebastyan Kolteskuya kömək edəcək.

Digər köməkçi hakim Senad İbrisimbeqoviç (Bosniya və Herseqovina), dördüncü hakim isə Georgi Vadaçkoria (Gürcüstan) olacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest