20 Fevral 2026, 10:52
FUTBOL
"Atletiko"nun hücumçusu Xulian Alvares La Liqada klubunu dəyişməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "TyCSports" məlumat yayıb.
"Barselona" argentinalı forvardı transfer etmək istəyir. 26 yaşlı futbolçunun yayda keçiriləcək dünya çempionatından sonra Kataloniya təmsilçisinə keçəcəyi gözlənilir. Transferin 70 milyon avroya rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Xulian Alvares bu mövsüm "Atletiko"nun heyətində keçirdiyi 35 oyunda 13 qol vurub, 6 qol ötürməsi edib.




_1771589525.jpg)




_1693390777.png)


