20 Fevral 2026, 11:10
FUTBOL
İcarə əsasında "Monako"da çıxış edən Ansu Fati İngiltərə Premyer Liqasında oynaya bilər.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Nottingem Forest" ispaniyalı vingeri transfer etmək istəyir. "Qırmızılar" Fati üçün onun müqavilə ilə məxsus olduğu "Barselona" 15 milyon avroluq təklif göndərəcək.
23 yaşlı oyunçu ilə "Tottenhem" və "Vest Hem" də yaxından maraqlanır.
Qeyd edək ki, Ansu Fati bu mövsüm "Monako"nun heyətində keçirdiyi 19 oyunda 8 qol vurub.




_1771589525.jpg)




_1693390777.png)


