20 Fevral 2026, 12:35
FUTBOL
"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin kapitanı Milan Şkrinyar sıradan çıxıb.
Slovakiyalı mərkəz müdafiəçisi UEFA Avropa Liqasının "Nyukasl"la ilk matçında ayaq əzələsindən zədə alıb. Baş məşqçi Domeniko Tedesko 31 yaşlı futbolçunun zədəsinin ciddi olduğunu bildirib.
Qeyd edək ki, Milan Şkrinyar bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 35 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.







_1771589525.jpg)




