"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz Avropanın bir çox klubunun transfer siyahısına düşüb.

Matc.az xəbər verir ki, bu barədə "Fotomaç" nəşri məlumat yayıb.

İstanbul nəhəngi 25 yaşlı vingerin qiymətini müəyyənləşdirib. "Sarı-qırmızılar" Türkiyə millisinin üzvü üçün 50 milyon avro tələb edəcək.

Qeyd edək ki, Barış Alper Yılmaz bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 33 oyunda 8 qol vurub, 12 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest