"İnter" rəhbərliyi "Mançester Siti"dən icarəyə götürülmüş mərkəz müdafiəçisi Manuel Akanji üçün transfer seçimini aktivləşdirmək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə Nikola Şira məlumat yayıb.
İtaliya klubu 30 yaşlı isveçrəli milli oyunçuya tammüddətli müqavilə bağlamaq üçün 15 milyon avro ödəyəcək. "İnter" komandanın bu mövsüm çempion olub-olmamasından asılı olmayaraq oyunçunu heyətində saxlayacaq.
Tərəflər artıq gələcək əməkdaşlığının şəxsi şərtləri barədə razılığa gəliblər. Akanjinin "İnter"lə yeni müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub və müqavilənin daha bir mövsüm uzadılması imkanı var.
Oyunçunun İtaliya klubundakı maaşı ildə 3,75 milyon avro olacaq.
Qeyd edək ki, cari mövsümdə Akanji "İnter"də bütün yarışlarda 33 oyun keçirib (24 A Seriyası və 9 UEFA Çempionlar Liqasında) və 2 qol vurub.



_1771848054.jpg)





_1771843853.jpg)
_1771843374.jpg)

