23 Fevral 2026, 11:08
FUTBOL
"Milan"ın futbolçusu Ruben Loftus-Çik ağır zədə alıb.
Matc.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi A Seriyasının 26-cı turunun "Parma" ilə matçında (0:1) sıradan çıxıb.
Loftus-Çik rəqib qapıçı Edoardo Korvi ilə toqquşub. 30 yaşlı oyunçunun çənə sümüyü və bir neçə dişi sınıb. İngiltərə millisinin sabiq üzvü bu gün əməliyyat olunacaq. Təcrübəli futbolçu bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Ruben Loftus-Çik bu mövsüm "Milan"ın heyətində keçirdiyi 27 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.



_1771848054.jpg)




_1771843853.jpg)
_1771843374.jpg)


