"Real"ın baş məşqçisi Alvaro Arbeloa komandanın La Liqanın 25-ci turunda "Osasuna"ya 2:1 hesabı ilə məğlub olmasından təəccüblənib. Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"ya qarşı cavab oyunu onun İspaniya nəhəngindəki gələcəyini müəyyən edə bilər.

Matc.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.

Bildirilir ki, "Real"ın oyunçuları inamlarını itirməyə başlayıblar. Klub rəhbərliyi isə Arbeloanın taktikasını başa düşə bilmir. "Real" rəhbərliyi məşqçinin oyunçuları məmnun etməyə yönəlmiş qərarlarını bəyənmir və oyunlar zamanı onun əvəzetmələrini izaholunmaz hesab edirlər.

Arbeloanın komandada işləməyə davam etməsi üçün onun titul qazanmasına ümid edilir. "Benfika"ya məğlubiyyət halında, 43 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilməsi barədə razılığa gəlinə bilər.

"Real" rəhbərliyinin belə bir ssenaridən yayınmaq istədiyi vurğulanır, çünki hazırda uyğun əvəzedici yoxdur və fevral ayı bu mövsüm üçüncü məşqçi təyin etmək üçün erkən hesab olunur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest