22 Fevral 2026, 12:36
FUTBOL
Niderland Erediviziyasında 24-cü turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün formasını geyindiyi "Volendam" səfərdə "NAK Breda"ya 0:1 hesabı ilə məğlub olub.
Kökçü meydana start heyətində çıxıb və görüşün 56-cı dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, hazırda aktivində 24 xalı olan "Volendam" turnir cədvəlində 14-cü sırada qərarlaşıb.












