22 Fevral 2026, 10:38
FUTBOL
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının 23-cü turunda "Əl-Həzm"ə qarşı oyunda dubla imza atıb.
Matc.az xəbər verir ki, onun komandası sonda 4:0 hesabı ilə qalib gəlib və oyundan sonra portuqaliyalı futbolçu gələcək karyerası ilə bağlı açıqlama verib.
"Mən Səudiyyə Ərəbistanına məxsusam. Burada oynamağa davam etmək istəyirəm. Bu ölkə, məni, ailəmi və dostlarımı qarşılayan ölkədir. Mən burada xoşbəxtəm və qalmaq istəyirəm".
Qeyd edək ki, bu mövsüm 41 yaşlı Ronaldo "Əl-Nəsr"in heyətində bütün yarışlarda 22 oyunda 20 qol vurub.
Komanda hazırda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 21 oyundan 52 xalla üçüncü yerdədir. Turnir cədvəlinə 53 xalla "Əl-Hilal" başçılıq edir.












