23 Fevral 2026, 12:33
FUTBOL
"Real Sosyedad"ın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, La Liqa təmsilçisinin müdafiəçisi Alvaro Odriosola sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Odriosolanın dizinin ön çarpaz bağlarında yırtıq aşkarlanıb. 30 yaşlı sağ cinah müdafiəçisi yaxın günlərdə əməliyyat olunacaq. Təcrübəli futbolçu mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Alvaro Odriosola bu mövsüm "Real Sosyedad"ın heyətində keçirdiyi 10 oyunda 1 qol vurub.


_1771851421.jpg)


_1771848054.jpg)





_1771843853.jpg)
_1771843374.jpg)