22 Fevral 2026, 18:41
FUTBOL
"Qol vurmağa yaxın idik, amma bəxtimiz gətirmədi".
"İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 21-ci turunda "Şamaxı" ilə (0:0) görüş haqda fikirlərini bildirib.
Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis həmin oyunu bu cür dəyərləndirib:
"Matç gözlədiyimiz kimi də, çətin keçdi. "Şamaxı" uzun ötürmələrlə fiziki futbol üslubunda oynayır. Çoxlu qayda pozuntuları oldu və bu da oyunun tempini aşağı saldı. "İmişli" bu gün qalib gəlməyə daha yaxın idi. İki xal itirdik. Top iki dəfə dirəyə dəydi. Qol vurmağa yaxın idik, amma bəxtimiz gətirmədi. Sona yaxın qol vurmağa da çalışdıq, amma alınmadı. Nəticədə istədiyimiz nəticəni əldə edə bilmədik".












