Fransanın "Paris" klubu baş məşqçi Stefan Gilli ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Parislilərin yeni baş məşqçisi də məlumdur. Komandanı Anduan Kombuare çalışdıracaq. 62 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Antuan Kombuarenin son iş yeri "Nant" olub. "Paris" Fransa çempionatında 23 turdan sonra 23 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest