2034-cü ildəki dünya çempionatı Tailandda keçirilə bilər. Matc.az xəbər verir ki, bu barədə Tailand Futbol Federasiyasının prezidenti Somyot Pumpunmuanq məlumat verib.
O deyib ki, mundiala ev sahibliyi etmək iddiasındadılar və bunun üçün FIFA ilə müzakirə aparacaqlar.
Pumpunmuanq bununla bağlı ideyanı krallıq hökumətinə təqdim etdiklərini bildirib: "Hökumət buna müsbət cavab versə, ölkəmiz dünya çempionatının təşkilinə qadirdi. Yaxın ölkələrə də bununla bağlı müraciət etmişik. 2-3 ölkənin ev sahibliyi ilə bunu reallaşdırmaq mümkündü".