12 Mart 2026, 16:12
FUTBOL
Ukrayna millisinin 20 yaşlı müdafiəçisi Taras Mixavko karyerasını İngiltərədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TeamTalk" məlumat yayıb.
Bir neçə tanınmış Premyer Liqa klubu Kiyev "Dinamo"sunun oyunçusunun irəliləyişini izləyir. Gənc futbolçunu yay "transfer pəncərəsi" zamanı heyətinə qatmaq istəyirlər.
Hazırda 20 yaşlı müdafiəçi ilə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem" maraqlanır.
Qeyd edəki ki, Taras Mihavko bu mövsüm 29 oyunda meydana çıxıb və 3 qol vurub.












