"Barselona" sabiq futbolçusu Abde Ezzalzulini geri qaytarmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, Kataloniya klubu "Betis"də çıxış edən 24 yaşlı hücumçu ilə maraqlanır. İspaniya klubu mərakeşli forvardın irəli xətti gücləndirəcəyini düşünür.

"Barselona"nın yetirməsi cari mövsüm bütün yarışlarda 28 oyunda meydana çıxıb, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.

Ezzalzulinin "Betis"lə müqaviləsi 2029-cu ilin yayınadək nəzərdə tutulub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest