"Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe özünü daha yaxşı hiss edir və martın 17-də "Mançester Siti" ilə səfərdə keçiriləcək Çempionlar Liqasının 1/8 finalının cavab oyunu üçün Madrid komandasının heyətinə daxil edilə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabris Hokins paylaşıb.

Bildirilir ki, Mbappe Fransa millisinin mart ayında keçirəcəyi yoldaşlıq oyunlarında da iştirak edə bilər. Hücumçu vəziyyətini təsdiqləmək və qarşıdakı oyunlara icazə almaq üçün tezliklə Madriddə testlərdən keçəcək.

Xatırladaq ki, Mbappe diz zədəsi səbəbindən "Mançester Siti" evdə ilk oyunu (3:0) buraxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest