"Qarşıda bizi hələ çox oyunlar gözləyir".

Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulub. Turun son qarşılaşmasında "Turan Tovuz" "Qəbələ"ni 3:2 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev qələbəni şərh edib:

"Çətin oyun oldu. Yaxşı başlamışdıq oyuna. İlk hissənin ikinci periodundan etibarən üstünlüyü rəqibə tərəf verdik. Lakin 2-ci hissədə üstünlüyü ələ keçirərək qələbə qazandıq. Üçüncü pillənin sahibi kimi danışmaq tezdir. Qarşıda bizi hələ çox oyunlar gözləyir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest