21 Mart 2026, 21:32
FUTBOL
"Liverpul" Premyer Liqanın səfər qarşılaşmasında "Brayton"a 1:2 hesabı ilə uduzaraq cari mövsümdə antirekorda imza atıb.
Matc.az xəbər verir ki, bu məğlubiyyətlə Arne Slotun komandasının cari çempionatda məğlubiyyətlərinin sayı 10-a çatıb.
Geridə qalan 31 turda "qırmızılılar" 14 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və 10 dəfə meydanı məğlub tərk edib.
Qeyd edək ki, "Liverpul" sonuncu dəfə bir mövsüm ərzində 10 məğlubiyyət həddinə düz 10 il əvvəl, 2015/2016 mövsümündə çatıb. Xatırladaq ki, həmin mövsümün gedişində, 2015-ci ilin oktyabrında Yurgen Klopp komandanı çalışdırmağa başlamışdı.












