21 Mart 2026, 23:09
FUTBOL
Millimizin hücumçusu səfərdə "Toronto"ya qarşı oyunda meydana çıxıb.
MLS-də V turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Nəriman Axundzadənin transfer olduğu "Kolambus Kru" səfərdə "Toronto" ilə üz-üzə gəlib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Nəriman Axundzadə bu matçda debüt edib. Millimizin hücumçusu 88-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, 5 turdan sonra 3 xal toplayan "Kolambus Kru" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.












