"Real" Kilian Mbappenin dizini müayinə edərkən ilkin diaqnozda səhvə yol verib.

Matc.az xəbər verir ki, bu barədə COPE-nin jurnalisti Migel Angel Dias məlumat paylaşıb.

Bildirilir ki, Madrid klubunun həkimləri fransız hücumçunun sol dizini müayinə etmək əvəzinə, sağ dizini müayinə ediblər.

Xatırladaq ki, Riolo da "Real"ın həkimlərinin Mbappenin müayinəsini səhv apardığını öyrəndikdən sonra onun narazılığını və qəzəbini ifadə etmişdi.

Qeyd edək ki, bu mövsüm Mbappe bütün yarışlarda 35 oyunda meydana çıxıb, 38 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest