"Tottenhem"in baş məşqçisi İqor Tudor İngiltərə klubunu vaxtından əvvəl tərk edə bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Pit O'Rurke məlumat paylaşıb.

Bildirilir ki, məşqçinin London klubunu 24/48 saat ərzində tərk etməsi gözlənilir.

Baş məşqçi vəzifəsinə yeni əsas namizəd, əgər indi bu vəzifəni tutmağa razılıq versə, italiyalı mütəxəssis Roberto De Zerbidir.

Qeyd edək ki, "Tottenhem" bir gün əvvəl düşmə mübarizəsində əsas rəqiblərindən biri olan "Nottingem Forest"ə məğlub olub. Tudorun komandası hazırda turnir cədvəlində 30 xalla 17-ci yerdədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest