25 Mart 2026, 13:59
FUTBOL
"Vest Hem"in futbolçusu Adama Traore karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
"Əl-Hilal" İspaniya millisinin sabiq üzvünü transfer etmək istəyir. Ərəblər İngiltərə klubu ilə müqaviləsi yayda başa çatan futbolçuya sərfəli müqavilə təklif edəcəklər.
Qeyd edək ki, Adama Traore bu ilin yanvarında "Fulhem"dən "Vest Hem"ə keçib. 30 yaşlı futbolçu London təmsilçisinin heyətində keçirdiyi 9 oyunda 1 qol ötürməsi edib.

_1774451961.jpg)










