Adı "Real" və "Atletiko" ilə hallanan Yürgen Klopp açıqlama verib.

Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis heç bir klubdan təklif almadığını deyib:

"Mediada çıxan bütün xəbərlər tamamilə cəfəngiyatdır. Mənə bir dəfə də olsun zəng etməyiblər, bir dəfə də olsun. Agentimə də zəng etməyiblər. Eyni zamanda "Atletiko"nun da baş məşqçisi olaram. Bağışla, Madrid, əvvəlcə mənə zəng etmək lazımdır".

Qeyd edək ki, Yürgen Klopp hazırda "Red Bull" şirkətində Qlobal Futbol Direktoru vəzifəsində çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest