25 Mart 2026, 12:57
FUTBOL
Mövsümün sonunda "Atletiko" ilə müqaviləsi başa çatan Antuan Qrizmann karyerasını MLS-də davam etdirəcək.
Matc.az xəbər verir ki, fransalı hücumçu "Orlando Siti" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qrizmann ABŞ klubu ilə 2+1 illik müqavilə imzalayıb. 35 yaşlı forvardın illik maaşı 10 milyon avro olacaq.
Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm "Atletiko"nun heyətində keçirdiyi 43 oyunda 13 qol vurub, 4 qol ötürməsi edib.












