24 Mart 2026, 16:37
FUTBOL
"Kristal Pelas" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas hədəfi "Yuventus"da çıxış edən Xuan Kabaldır. Bu barədə "Tuttosport" məlumat yayıb.
London klubu klubu kolumbiyalı sol cinah müdafiəçisini yayda transfer etməyə çalışacaq. Artıq 25 yaşlı futbolçunun nümayəndələri ilə ilkin danışıqlar başlayıb.
Qeyd edək ki, Xuan Kabal bu mövsüm "Yuventus"un heyətində keçirdiyi 19 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.






_1774366890.jpg)


_1774361809.jpg)


