"Leypsiq" cinah oyunçusu Yan Diomandeni daha bir mövsüm qalmağa razı salmaqda qərarlıdır. Klub həmçinin 19 yaşlı futbolçusu üçün əhəmiyyətli təklifləri nəzərdən keçirməyə hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sport Germany" paylaşıb.

Bildirilir ki, "Leypsiq" Diomandeni 100 milyon avro dəyərində qiymətləndirir və güzəştə getmək fikrində deyil. Alman klubu ümid edr ki, yüksək qiymət gənc hücumçuya olan marağı azalda bilər.

Fil Dişi Sahili futbolçusuna "Liverpul" və "Mançester Yunayted" kimi klubların maraq göstərdiyi qeyd edilir.

Bu mövsüm Diomande bütün turnirlərdə 29 oyunda meydana çıxıb, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalındakı futbolçunun dəyəri 75 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest