"Yuventus" yarımmüdafiə xəttini "Sassuolo"nun futbolçusu İsmael Kone ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Bildirilir ki, Turin klubu Koneni yarımmüdafiə xəttini dərhal gücləndirə biləcək oyunçu kimi görür. "Sassuolo" isə yarımmüdafiəçini 25-30 milyon avro dəyərində qiymətləndirir.

Qeyd edək ki, İsmael Kone Kanada futbolunun yetirməsidir. Yarımmüdafiəçinin karyerası ərzində "Montreal İmpakt", "Uotford", "Marsel" və "Renn" kimi klublarda da çıxış edib. O, həmçinin Kanada millisində də oynayır. Bu mövsüm 28 oyunda Kone 5 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest