İngiltərə milli futbol komandasının sabiq hücumçusu Alan Şirer motosiklet qəzasına düşüb.

Matc.az xəbər verir ki, bu barədə 55 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib.

Şirer qəzaya yoldakı çuxurların səbəb olduğunu bildirib. Əfsanəvi futbolçu qəzadan sonrakı fotoları paylaşıb. O, qəzanda qolundan və ayanğıdan yüngül xəsarət alıb.

"Çuxurlar motosiklet sürmək üçün çox pisdir!", - deyə Şirer paylaşımında yazıb.

Qeyd edək ki, Alan Şirer 260 qolla İngiltərə Premyer Liqasının bütün zamanların ən çox qol vuran oyunçusu olaraq qalır.

Futbol karyerası ərzində Şirer "Sauthempton", "Blekbern" və "Nyukasl"da oynayıb.

Hücumçu İngiltərə millisində isə 63 oyunda 30 qol vurub. Alan 1992, 1996, 2000-ci illərdə Avropa çempionatında və 1998-ci ildə dünya çempionatında oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest