01 Aprel 2026, 21:50
FUTBOL
"Ayntraxt"ın yarımmüdafiəçisi Mario Götze klubla yeni müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2014-cü il dünya çempionatının finalındakı yeganə qolun müəllifi Bundesliqa klubu ilə 2028-ci ilin yayına qədər yeni müqavilə imzalayıb. Almaniyalı futbolçunun əvvəlki müqaviləsi 30 iyun 2026-cı ilə qədər idi.
Qeyd edək ki, Götze "Ayntraxt"a 2022-ci ildə PSV-dən transfer olunub. Bu mövsüm o, bütün yarışlarda 26 oyun keçirib və 2 məhsuldar ötürmə edib. "Transfermarkt"da futbolçu 3,5 milyon avro olaraq qiymətləndirilir.












