Nüfuzlu Amerika portalı "Sportiсo" dünya tarixində ən çox qazanan idmançıların reytinqini dərc edib.
Matc.az xəbər verir ki, reytinqə əfsanəvi altıqat Milli Basketbol Assosiasiyası (NBA) çempionu Maykl Cordan başçılıq edir.
"Sportiсo"nun versiyasına görə, tarixin ən çox qazanan 10 idmançısı:
1. Maykl Cordan (inflyasiya nəzərə alınmaqla 4,5 milyard dollar; düzəliş edilməmiş 3,28 milyard dollar) – Basketbol.
2. Tayger Vuds (2,88 milyard dollar; 1,97 milyard dollar) – Qolf.
3. Kriştiano Ronaldo (2,52 milyard dollar; 2,09 milyard dollar) – Futbol.
4. Lebron Ceyms (2,03 milyard dollar; 1,62 milyard dollar) – Basketbol.
5. Lionel Messi (1,99 milyard dollar; 1,62 milyard dollar) – Futbol.
6. Arnold Palmer (1,85 milyard dollar; 885 milyon dollar) – qolf.
7. Cek Niklaus (1,83 milyard dollar; 930 milyon dollar) – qolf.
8. Devid Bekhem (1,68 milyard dollar; 1,26 milyard dollar) – futbol.
9. Rocer Federer (1,67 milyard dollar; 1,29 milyard dollar) – tennis.
10. Floyd Meyvezer (1,57 milyard dollar; 1,16 milyard dollar) – boks.












