04 Aprel 2026, 21:27
FUTBOL
Braziliya millisinin sabiq yarımmüdafiəçisi, "San-Paulu"nun formasını geyinən Oskar 34 yaşında karyerasını başa vurub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oskar ötən ilin noyabr ayının 11-də təlim-məşq mərkəzində tibbi müayinə zamanı huşunu itirib və daha sonra ürəyində problemlər aşkarlanıb.
Oskar 2012-ci ildən 2017-ci ilə qədər "Çelsi"də oynayıb və London klubu ilə İngiltərə Premyer Liqasının titulunu qazanıb. O, "San-Paulu"nun yetirməsidir.












