"Santos"un cinah oyunçusu Neymar Braziliya çempionatında uzunmüddətli cəza ala bilər.
Matc.az xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.
Ötən gün, "Santos" Braziliya çempionatının 9-cu turunda "Remo"nu 2:0 hesabı ilə məğlub edib. Neymar 86-cı dəqiqədə hakimlə mübahisə etdiyinə görə sarı vərəqə alıb və bu, onun komandanın növbəti oyununu buraxması ilə nəticələnəcək.
Oyundan sonra Neymar hakim Savio Pereyra Sampayonun hərəkətlərindən narazı qalaraq, etik olmayan, qarşı cinsə aid davranışa işarə edən ifadələr işlədib. Bu, 10 oyuna qədər diskvalifikasiya ilə nəticələnə bilər.
Bu qədər uzun müddətli diskvalifikasiya cinah oyunçusunun Braziliya millsinin 2026-cı il dünya çempionatındakı heyətinə daxil olmaq ümidlərinə son qoya bilər. Daha əvvəl baş məşqçi Karlo Ançelotti də Neymarı komandanın heyətində görmədiyi bildirmişdi.












