04 Aprel 2026, 22:14
FUTBOL
"Real" İspaniya La Liqasının 30-cu turunda səfərdə "Malyorka"ya 1:2 hesabı ilə uduzub.
Matc.az xəbər verir ki, oyundan sonra verdiyi açıqlamada Madrid klubunun baş məşqçisi Alvaro Arbeloa məğlubiyyətin məsuliyyətini öz üzərinə götürdüyünü deyib.
"Məğlubiyyət tamamilə mənim günahımdır. Bu, 1000% mənim günahımdır. Bütün həftə məşq etdiyimizi, meydanda edə bilmədik. Qol şanslarını yaxşı yaratmadıq. Bu baxımdan bizdə səbr, enerji və ideya çatışmırdı", - deyə Arbeloa bildirib.
Qeyd edək ki, "Real" hazırda La Liqanın turnir cədvəlində "Barselona"dan 4 xal geridədir, lakin katalonların ehtiyat bir oyunu da var.












