"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola misirli hücumçu Məhəmməd Salahın "Liverpul"dakı performansından danışıb.

Matc.az xəbər verir ki, o, Salahın "qırmızılılar"dakı karyerasını yüksək qiymətləndirib.

"Ən yaxşılarından biri. Rəqəmlər, ardıcıllıq – möhtəşəm oyunçu! İnanılmaz insan, qollar və məhsuldar ötürmələr, etdiyi hər şeyə görə "Liverpul" və bütün Premyer Liqa üçün əsl əfsanə. O, inanılmaz dərəcədə təqdirəlayiqdir", - Qvardiola deyib.

Qeyd edək ki, Salah cari mövsümün sonunda "Liverpul"dan ayrılacağı açıqlayıb.

Salah 2017-ci ildə "Roma"dan "Liverpul"a keçib. Orada olduğu müddətdə o, klubun iki Premyer Liqa titulunu, UEFA Çempionlar Liqasını, FIFA klublararası dünya çempionatını, UEFA Superkubokunu, İngiltərə Kubokunu, iki İngiltərə Liqa Kubokunu və İngiltərə Superkubokunu qazanmasına kömək edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest