04 Aprel 2026, 11:38
FUTBOL
"Roma" "Almeriya"nın yarımmüdafiəçisi Serxio Arribasla maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə futbol şərhçisi Canluka Di Marsio məlumat paylaşıb.
Bildirilir ki, Arribas "Roma" klubu tərəfindən mövsümün sonunda müqaviləsi başa çatan Paulo Dibalanın potensial sələfi kimi nəzərdən keçirilir.
İspaniya klubu argentinalı futbolçunun müqaviləsini yeni şərtlərlə uzatmağı planlaşdırır, lakin tərəflər hələlik razılığa gələ bilməyiblər.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi "Real"ın Akademiyasının yetirməsidir. Onun "Almeriya" ilə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Bu mövsüm o, klubun heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 20 qol vurub və 7 məhsuldar ötürmə edib.












