"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsində "Sabah"la ilk qarşılaşma haqda danışıb.

Matc.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:

"Azarkeşlərə təşəkkür etmək istəyirəm, çox möhtəşəm atmosfer var idi. Hər iki komandanın oyunçuları da azarkeşlərə layiq oynadılar.

Sürətli, dinamik oyun idi. Futbolçularım bir az yorulublar. Qarşıda "Karvan-Yevlax" oyunu var. Ona hazırlaşacağıq.

Kaşukun "Sabah"a transferiylə bağlı bizdə məlumat yoxdur. Qarşı tərəfdə varsa, bunu bilmirəm.

Biz hər zaman maksimum nəticə göstərmək üçün iddialıyıq. Qarşımızda da çox yaxşı komanda var idi. Sona kimi dözən komandadır. Biz də çox yaxşı komandayıq, lakin "Sabah" da çox yaxşı komandadır. Belə rəqibə qarşı oynamaq çox xoş idi. Bir-birini tamamlayan futbolçuları var. Nəticə əldə etmək üçün daha yaxşı olmalıyıq.

Azarkeşlər stadiona gəlsə, istənilən rəqibə qarşı hər zaman çox yaxşı oyun olacaq. Futbol haqda çox uğursuz danışırlar və buna görə ola bilər ki, inamı itiriblər. Lakin hər kubok və çempionat oyunlarında belə azarkeşlər olsa, qarşılaşmalar daha maraqlı keçəcək.

Dambrauskasla hər zaman futbol haqda söhbət edirəm və o, Azərbaycan futboluna çox dəyər verir. Bizim belə danışıqlarımız çox olur".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest