"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva cari mövsümün sonunda klubdan ayrılmaq qərarına gəlib. Dünən portuqaliyalı yarımmüdafiəçinin agenti Jorje Mendeş İtaliya klubu ilə onun gələcəyi haqqda danışıqlar aparıb.
Matc.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.
Söhbət Turinin "Yuventus" klubundan gedir. "Qoca sinyora"nın nümayəndələri oyunçunun təmsilçiləri ilə əlaqə saxlayaraq 31 yaşlı futbolçunu azad agent kimi transfer etməkdə maraqlı olduqlarını bildiriblər.
Qeyd edək ki, hələlik heç bir konkret detal dəqiqləşdirilməyib. Portuqaliyalı yarımmüdafiəçi yeni komanda ilə bağlı yekun qərar verməzdən əvvəl əvvəlcə "idman aclığının" nə qədər güclü olduğunu anlamaq istəyir.
Lakin o, "Yuventus"a keçidi müzakirə etməyə açıqdır. Bernardo Silvanın konkret maliyyə tələbləri var və maaşı 8-9 milyon avrodan az olan təklifləri nəzərdən keçirməyəcək.
"Mançester Siti"nin kapitanı 2025/26 mövsümündə 42 klub oyununda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.












