09 Aprel 2026, 09:20
FUTBOL
"Bavariya"nın əsas qapıçısı Manuel Noyer Almaniya çempionu ilə müqaviləsinin uzadılması ehtimalını dəyərləndirib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.
"Bu komandada oynamaqdan və məşqçilər heyəti ilə işləməkdən zövq alıram. Komandadakı dinamika mənim üçün vacibdir. Hər şey mümkündür", - deyə 40 yaşlı təcrübəli qapıçı bildirib.
Noyer 2011-ci ilin yayından bəri Münhen klubundadır. Onun müqaviləsi bu ilin iyun ayının sonuna qədə nəzərdə tutulub.
Bu mövsüm Noyer "Bavariya"nın heyətində bütün yarışlarda 31 oyunda iştirak edib, 30 qol buraxıb və 10 matçda qapısını toxunulmaz saxlayıb.












