"Real"ın 18 yaşlı yarımmüdafiəçisi Tiaqo Pitarç əfsanəvi Raul Qonsalesin Çempionlar Liqasındakı rekordunu qırıb.
Matc.az xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb.
Pitarç "Real"ın Çempionlar Liqasının 1/4 finalının ilk oyununda evdə "Bavariya"ya 1:2 hesabı ilə uduzduğu qarşılaşmada start heyətində meydana çıxıb. O, 62 dəqiqə meydanda qalıb və Raul Qonsales ilə əvəzlənib.
Bununla da, 18 yaş 247 günlüyündə olan Pitarç "Real"ın tarixində Çempionlar Liqasının 1/4 finalında meydana çıxan ən gənc oyunçu ünvanını əldə edib. Əvvəlki rekord 1996-cı ilin mart ayında 18 yaş 253 günlük yaşında "Yuventus"a qarşı oynamış əfsanəvi hücumçu Raul Qonsalesə məxsus idi.
Qeyd edək ki, bu, Pitarçın "Real"ın böyüklər komandasında ilk mövsümüdür. O, bütün yarışlarda 10 qarşılaşmada meydana çıxıb və ümumilikdə 510 dəqiqə oyunda qalıb.












